Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatorları Trampdan Tayvana silah satışını sürətləndirməyi tələb ediblər

Vaşinqtonda Pekinlə danışıqlar fonunda Tayvana dəstəyin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar artır...

Poliqon xəbər verir ki, bu barədə Taipei Times nəşri məlumat yayıb. Bildirilir ki, ABŞ Senatının hər iki partiyasını təmsil edən səkkiz senator prezident Donald Trumpa müraciət edərək Tayvana nəzərdə tutulan silah satışının sürətləndirilməsini tələb edib.

Məlumata görə, sözügedən silah satış paketi Donald Trampın 13–15 may tarixlərində Çinə planlaşdırılan səfəri ərəfəsində təxirə salınıb. Senatorlar Ağ Evə ünvanladıqları məktubda ABŞ-nin Tayvana dəstəyinin müzakirə mövzusu olmadığını vurğulayıblar. Onlar həmçinin Tayvan məsələsinin Pekinlə aparılan danışıqlarda təzyiq vasitəsinə çevrilməməsi barədə xəbərdarlıq ediblər.

Xatırladılıb ki, Donald Tramp daha əvvəl Çin sədri Xi Jinping ilə görüş zamanı Tayvana 14 milyard dollar həcmində silah satışını müzakirə etməyə hazır olduğunu bildirmişdi. Həmin razılaşma ötən il ABŞ administrasiyası tərəfindən təsdiqlənib.

Məktubu imzalayan senatorlar hesab edirlər ki, Tayvana hərbi dəstəyin zəifləməsi Hind-Sakit okean regionunda qüvvələr balansına ciddi təsir göstərə bilər. Onların fikrincə, Vaşinqtonun Tayvana dəstəyi ABŞ-nin regional təhlükəsizlik strategiyasının əsas elementlərindən biridir.

Tayvan rəsmiləri isə ABŞ və Çin liderləri arasında keçiriləcək danışıqlarla bağlı açıq narahatlıq nümayiş etdirmirlər. Tayvan xarici işlər nazirinin müavini Chen Mingchi CBS News telekanalına müsahibəsində bildirib ki, ABŞ adaya dəstəyini dayandırmayacaq. O, Vaşinqtonu “Tayvanın ən etibarlı tərəfdaşı” adlandırıb.

Bununla belə, Taipei Times qeyd edir ki, Tayvanda Donald Trampın adanın gələcəyinin böyük ölçüdə Si Cinpinin mövqeyindən asılı olması ilə bağlı əvvəlki açıqlamaları tez-tez müzakirə olunur və bu bəyanatlar müəyyən narahatlıq yaradır.

CBS News telekanalının məlumatına əsasən, Pekin Vaşinqtondan Tayvanla bağlı rəsmi siyasət formulunun sərtləşdirilməsini tələb edir. Çin tərəfi ABŞ-nin hazırda istifadə etdiyi “Tayvanın müstəqilliyini dəstəkləmir” ifadəsinin “Tayvanın müstəqilliyinə qarşı çıxır” formasında dəyişdirilməsini istəyir.

Analitiklər hesab edirlər ki, ABŞ və Çin arasında Tayvan məsələsi ətrafında artan diplomatik gərginlik yaxın aylarda regionda təhlükəsizlik risklərini daha da yüksəldə bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay