Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyanın XİN başçısı Aİ-nin islahatı planını təqdim edib

Berlin Avropa İttifaqında “gücləndirilmiş əməkdaşlıq” modelinin genişləndirilməsini və yeni üzvlərin mərhələli qəbulunu təklif edir...

Poliqon xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqının gələcək fəaliyyət mexanizmlərinin yenilənməsinə dair geniş islahat planı təqdim edib. Spiegel nəşrinin yaydığı məlumata görə, Berlin Aİ daxilində qərar qəbuletmə prosesinin sürətləndirilməsini və təşkilatın genişlənmə strategiyasının yenidən formalaşdırılmasını təklif edir.

Vadeful bildirib ki, Almaniya Brüsseldə “gücləndirilmiş əməkdaşlıq” mexanizminin daha aktiv istifadəsini dəstəkləyir. Onun sözlərinə görə, bəzi sahələrdə bütün 27 üzv dövlət arasında yaxın perspektivdə tam razılığa nail olmaq mümkün olmadığından, müəyyən təşəbbüslər üzrə daha kiçik ölkə qrupları ilə irəliləmək planlaşdırılır.

Nazir qeyd edib ki, bu model Aİ daxilində çevik qərar qəbuletməni təmin edə və strateji layihələrin gecikməsinin qarşısını ala bilər. Xüsusilə müdafiə, enerji təhlükəsizliyi, texnologiya və xarici siyasət kimi sahələrdə belə əməkdaşlığın daha effektiv nəticələr verəcəyi vurğulanır.

İslahat planında diqqət çəkən digər mühüm məqamlardan biri isə Avropa İttifaqının genişlənmə prosesinin sürətləndirilməsi ilə bağlıdır. Təklifə əsasən, yeni namizəd ölkələrin Aİ-yə tam üzvlüyü mərhələli şəkildə həyata keçirilə bilər. Bu yanaşma namizəd ölkələrin müəyyən sahələr üzrə əvvəlcədən ittifaq strukturlarına inteqrasiyasını nəzərdə tutur.

Analitiklər hesab edirlər ki, Almaniyanın irəli sürdüyü bu təşəbbüs Aİ-nin gələcək idarəetmə modelinə ciddi təsir göstərə bilər və təşkilat daxilində “çoxsürətli Avropa” modelinə keçid müzakirələrini yenidən gündəmə gətirir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay