Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Unibank" qırmızı xəttə yaxınlaşır: Pərakəndə sektordan asılılıq artıb...

"Unibank"ın 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatları bir müddət əvvəl ictimaiyyət üçün açıqlanıb...

AFN.az-ın bu araşdırmasında bankın hesabatlarında depozit hərəkətliliyi ilə bağlı çox maraqlı və gizlədilməyə çalışılan məqamlara aydınlıq gətirilib.

İlk baxışdan bankın depozit portfelində dəyişiklik, demək olar ki, yoxdur, depozit portfeli sanki yerində sayır (1.377 mlrd manatdan 1.378 mlrd manata – cəmi 0.04% artım). Lakin detallara endikdə mənzərə dəyişir. Hesabat dövründə fiziki şəxslərin depozitləri 9.6 milyon manat artıb. Lakin bankın ümumi depozit portfelinin artmamasının səbəbi hüquqi şəxslərin (şirkətlərin) vəsaitlərinin 9 milyon manatdan çox azalmasıdır (288.8 milyondan 279.8 milyona). Bu, bankdan korporativ vəsaitlərin çıxışını və "Unibank"ın pərakəndə sektordan asılılığının daha da artdığını göstərir. Araşdırmalar göstərir ki, bankın gizlətməyə çalışdığı "depozit hərəkəti" əslində faiz xərclərinin artımında və korporativ müştərilərin azalmasında "oturub".

Hesabatda ən diqqətçəkən məqam faiz xərcləridir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müştəri depozitlərinə ödənilən faizlər 14.4 milyon manatdan 20.2 milyon manata (təxminən 40% artım) yüksəlib. Ümumi nəticə ondan ibarətdir ki, bankın depozit portfeli demək olar ki, artmayıb, amma bank bu vəsaitləri saxlamaq üçün 40% daha çox xərcləyir. Bu, bankın likvidliyi qorumaq üçün bazara daha baha faizlər təklif etməyə məcbur olduğunu sübut edir.

"Pul vəsaitlərinin hərəkəti" (Cash Flow) sənədinə baxdıqda, əməliyyat fəaliyyəti üzrə faiz ödənişlərinin kəskin artdığını görürük (19.5 milyondan 28.4 milyona). Bu o deməkdir ki, bankda nağd pul çıxışı (outflow) sürətlənib. Bank bu boşluğu doldurmaq üçün kredit təşkilatlarından daha çox borc almalı olub ki, bu bənd üzrə xərclər də 3.8 milyondan 5.8 milyona qalxıb.

Bankın mənfəəti (32.8 mln manat) yüksək görünsə də, bu mənfəətin əsas hissəsi ehtiyatların geri qaytarılmasından deyil, aqressiv istehlak kreditləşməsindən gəlir. Cəmi kredit portfelinin (1.37 mlrd. manat) təxminən 4.68%-i (64.3 milyon manat) vaxtı geçmiş kreditlərdir. Xüsusilə 24.3 milyon manatın artıq "ümidsiz" (loss) kateqoriyasında olması, bankın risk menecmentinin "qırmızı xətt"ə yaxınlaşdığını göstərir.

"Unibank" I rübdə aktivlərini 3% (2.19 mlrd. manata qədər) böyüdə bilsə də, bu böyümə depozitlərlə deyil, digər maliyyə institutlarından cəlb olunan vəsaitlərlə maliyyələşib. Fiziki şəxslərin banka etibarı davam etsə də, şirkətlərin vəsaitlərini çıxarması və depozitlərin saxlanma xərcinin 40% artması bankın gələcək marjasını təzyiq altında saxlayır.

"Unibank"ın 2026-cı ilın I rübü üzrə maliyyə hesabatına əsasən, bankın xidmət haqqı və komissiya gəlirləri 24% artaraq 29.5 milyon manata çatıb. Lakin əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində 9 milyon manatlıq azalma müşahidə olunur. Bankın xalis mənfəəti 32.8 milyon manat təşkil edib.

Poliqon.info


Etiket: Unibank


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay