Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai TV-də direktor seçkisi ilə bağlı telekanal rəsmisindən açıqlama

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurası hələ ki direktor vakansiyasını elan etməyib...

Poliqon xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yayım şurasının üzvü Azər Həsrət deyib.

O, bildirib ki, hələ ki belə bir elan verilməyib:

"Qaydalara görə, belə bir elan verilməlidir, elan verildikdən sonra iddiaçılar öz ərizələrini təqdim etməlidirlər. Ərizələrə münasib qaydada baxılır, sonra da seçki keçirilir. Biz hələ ki onunla bağlı qərar verməmişik".

A.Həsrət xatırladıb ki, hazırkı direktorun səlahiyyət müddəti may ayında bitir:

"Amma elan verilmədiyinə görə iddialardan da danışmaq olmur".

 
Yayım şurasının üzvü vurğulayıb ki, müəyyən kriteriyalara uyğun istənilən şəxs namizədliyini irəli sürə bilər:

"Bir daha deyirəm ki, bu müzakirə hələ ki getmir, elan verilməyib".

A.Həsrət Yayım Şurasının növbəti iclasının tarixi ilə bağlı sualları da cavablandırıb.

"Bu gün Yayım Şurası üzvləri ilə növbəti iclasın tarixi müzakirə etdik. Ola bilsin ki, yaxın günlərdə, yaxın həftələrdə, hər halda aprel ayı ərzində bizim iclasımız olacaq. İclas təkcə direktor seçimi məsələsi ilə bağlı deyil, sıradan növbəti iclasımız olacaq. Yəqin ki, o məsələ də həmin iclasda müzakirə olunacaq", - deyə o, qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay