Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətərdə qaz müəssisəsi raket zərbələri nəticəsində zərər görüb

Ras Laffan sənaye zonasında yerləşən LNG kompleksi hücuma məruz qalıb, fövqəladə xidmətlər səfərbər edilib...

Poliqon xəbər verir ki, bu barədə Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy məlumat yayıb. Şirkətin açıqlamasına görə, Ras Laffan sənaye zonasında yerləşən və mayeləşdirilmiş təbii qaz (LNG) istehsal edən müəssisə raket hücumları nəticəsində ciddi zərər görüb.

Rəsmi bəyanatda bildirilir ki, sənaye sahəsi axşam saatlarında raket atəşinə tutulub və nəticədə yanğın baş verib. Hadisədən dərhal sonra fövqəladə hallar üzrə qruplar əraziyə cəlb olunaraq yanğının söndürülməsi və vəziyyətin nəzarət altına alınması üçün tədbirlər görüb.

Şirkət əlavə edib ki, ilkin məlumatlara görə, insident nəticəsində xəsarət alan olmayıb. Bununla belə, obyektə dəyən zərərin miqyasının əhəmiyyətli olduğu vurğulanır.

Qeyd olunur ki, bu hadisə İranın 18 mart tarixində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yerləşən neft-qaz obyektlərinə mümkün hücumlarla bağlı xəbərdarlığından sonra baş verib.

Analitiklər bildirirlər ki, enerji infrastrukturlarına yönələn bu cür hücumlar regionda gərginliyi daha da artırmaqla yanaşı, qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb ola bilər. Xüsusilə LNG ixracında mühüm rol oynayan Qətərin bu cür zərbələrə məruz qalması beynəlxalq enerji təhlükəsizliyi üçün ciddi risk kimi qiymətləndirilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay