Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Madaqaskarda yeni baş nazir təyin edilib

Keçid dövrünün prezidenti Mikael Randrianirina Mamitianu Radzaunarisona hökumət başçısı vəzifəsini həvalə edib...

Poliqon xəbər verir ki, Madaqaskarın keçid dövrü üzrə prezidenti Mikael Randrianirina Mamitianu Radzaunarisona ölkənin yeni baş naziri vəzifəsinə təyin edib. Təyinat mərasiminin yayımı Madaqaskarın dövlət televiziyası olan TVM kanalında canlı yayımlanıb.

Yeni baş nazir bu vəzifədə Herintsalama Radzaunarivelonu əvəz edib. O, martın 10-da bütün nazirlər kabineti ilə birlikdə vəzifəsindən azad olunmuşdu. Hökumətin istefaya göndərilməsinin səbəbləri rəsmi şəkildə açıqlanmayıb.

Mamitianu Radzaunarisona hüquq-mühafizə sistemində fəaliyyət göstərib və Madaqaskar jandarmasında xidmət edib. Baş nazir vəzifəsinə təyin edilməzdən əvvəl o, ölkənin Maliyyə Kəşfiyyatı Xidmətinə rəhbərlik edirdi. Radzaunarisona 2025-ci ilin oktyabrında Madaqaskarda hakimiyyət dəyişikliyindən sonra təyin olunan ikinci baş nazir olub.

Xatırladaq ki, Madaqaskarda siyasi böhran 2025-ci ilin payızında kəskinləşmişdi. Həmin ilin sentyabr ayının sonunda ölkədə su və elektrik enerjisi təchizatında yaranan ciddi fasilələr geniş etiraz aksiyalarına səbəb olmuşdu. Paytaxt Antananarivu və digər iri şəhərlərin sakinləri sosial şəbəkələr vasitəsilə koordinasiya edərək küçələrə çıxmış, hökumətdən su və elektrik enerjisinin sabit təmin olunmasını tələb etmişdilər.

Artan narazılıq fonunda bir qrup hərbçi etirazçıları dəstəklədiyini açıqlamış və 2025-ci il oktyabrın 14-də ölkədə hakimiyyəti ələ almışdı. Hərbi qüvvələr bundan sonra əvvəlki dövlət idarəetmə strukturlarını buraxdıqlarını elan etmişdilər.

Hakimiyyət dəyişikliyindən sonra Madaqaskarın keçid dövrü prezidenti vəzifəsinə Mikael Randrianirina təyin olunmuşdu. O, daha əvvəl ordunun inzibati və texniki xidmət korpusunun rəhbəri kimi fəaliyyət göstərirdi.

Siyasi müşahidəçilər hesab edirlər ki, yeni baş nazirin təyin olunması ölkədə keçid hakimiyyətinin idarəetmə sistemini möhkəmləndirmək və sosial-iqtisadi sabitliyi bərpa etmək məqsədi daşıyır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay