Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talibanın bütün rəhbərliyinin öldürüldüyü iddia olunur

Pakistan Taliban kəşfiyyatının Qəndəhardakı qərargahına zərbə endirib...

Hücum nəticəsində hərəkatın demək olar ki, bütün rəhbərliyi məhv edilib, Talibanın ali lideri Hibatullah Axundzadənin öldüyü bildirilir.

Poliqon xəbər verir ki, Pakistanın həyata keçirdiyi zərbə nəticəsində Əfqanıstanın Qəndəhar şəhərində yerləşən “Taliban” hərəkatının kəşfiyyat strukturlarından birinin qərargahı hədəfə alınıb. Bu barədə Əfqanıstanda “Taliban” və digər radikal islamçı qruplara qarşı mübarizə aparan hərbi-siyasi təşkilat olan Milli Müqavimət Cəbhəsi (NRF) sosial şəbəkə X-də məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində Talibanın yüksək səviyyəli rəhbər şəxslərinin əksəriyyəti məhv edilib. Bildirilir ki, hücum zamanı hərəkatın ali lideri Hibatullah Axundzadə də həlak olub.

NRF-in yaydığı məlumatda qeyd olunur ki, Axundzadənin ölümü onun ailə üzvləri tərəfindən də təsdiqlənib. Hələlik Taliban rəhbərliyi və ya Əfqanıstandakı rəsmi strukturlar bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Hibatullah Axundzadə 2016-cı ildən etibarən “Taliban” hərəkatının ali lideri olub. O, əvvəlki lider Axtar Məhəmməd Mənsurun ABŞ-nin pilotsuz uçuş aparatı ilə Pakistan ərazisində öldürülməsindən sonra hərəkatın rəhbərliyini üzərinə götürmüşdü. Axundzadə dini lider kimi tanınır və Talibanın siyasi və hərbi qərarlarının qəbulunda əsas fiqurlardan biri hesab olunurdu.

Son aylarda Pakistanla Əfqanıstanda hakimiyyətdə olan “Taliban” administrasiyası arasında münasibətlər gərginləşib. Pakistan tərəfi dəfələrlə Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qrupların Pakistan ərazisinə hücumlar təşkil etdiyini bildirib və bu məsələdə Taliban hakimiyyətini məsuliyyət daşımaqda ittiham edib.

Analitiklərin fikrincə, əgər Axundzadənin ölümü rəsmi şəkildə təsdiqlənərsə, bu hadisə Əfqanıstandakı siyasi və hərbi balansda ciddi dəyişikliklərə səbəb ola bilər və Taliban daxilində hakimiyyət uğrunda yeni mübarizənin başlanmasına gətirib çıxara bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay