Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayev hesab bilmir? - Bir katric 440 manata ola bilərmi? - Müəmmalı tender

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçirilən tenderin nəticələrinə görə, nazirlikdə yaradılan mərkəzləşdirilmiş printer sistemi üçün 2026-cı il üzrə katriclərin satın alınmasını “Ultra Technologies” MMC həyata keçirəcək...

Satınalma müqaviləsinə əsasən, nazirlik 282 ədəd katric üçün şirkətə 123 784 manat 17 qəpik vəsait ödəyəcək. Bu isə bir ədəd katricin qiymətinin təxminən 439–440 manat olması deməkdir.

Sadə hesablamaya görə, ümumi məbləğ 282 ədədə bölündükdə hər katricin qiyməti təxminən 440 manata başa gəlir. Halbuki bazarda istifadə olunan bir çox ofis tipli lazer printerlərinin qiyməti katrici ilə birlikdə bəzən 300 manat civarında təklif olunur. Bu isə satınalma qiymətinin bazar dəyəri ilə müqayisədə yüksək olub-olmaması ilə bağlı suallar yaradır.

Məlumata görə, söhbət nazirliyin idarələrində istifadə olunan adi ofis tipli lazer printerləri üçün nəzərdə tutulmuş katriclərdən gedir.

Tenderin qalibi olan "Ultra Technologies" MMC 2000-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48 olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi Məmmədzadə Zaur Arif oğludur.

Qeyd edək ki, şirkət əvvəllər “Ultra Computers” Firması adı ilə fəaliyyət göstərib və yalnız 2016-cı ilin fevral ayında adı dəyişdirilərək “Ultra Technologies” MMC olub.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Tahir Mirkişilinin rəsmi tərcümeyi-halında onun 2000–2011-ci illərdə “Ultra Computers” MMC-də mühəndis və direktor vəzifələrində çalışdığı göstərilir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olan Tahir Mirkişili hazırda 43 saylı Sumqayıt ikinci seçki dairəsini təmsil edir.

Tender çərçivəsində katriclərin qiymətinin bazar qiymətləri ilə müqayisədə yüksək olub-olmaması və satınalma prosesinin necə aparılması məsələsi isə açıq sual olaraq qalır. Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanacağı təqdirdə materiala əlavə ediləcək. (Bizimesr.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay