Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekvador Kubanın səfirini və diplomatlarını ölkədən çıxarır

Qərara əsasən kubalı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Ekvador hakimiyyəti Kubanın ölkədəki səfiri Basilio Qutyerresi və onun diplomatik heyətini “persona non qrata” elan edib. Ekvador Xarici İşlər Nazirliyi diplomatlara ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verildiyini açıqlayıb.

Məlumata görə, qərar Ekvador hökumətinin diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə əsaslanaraq qəbul etdiyi addım çərçivəsində həyata keçirilib. Həmin maddəyə əsasən qəbul edən dövlət istənilən diplomatı səbəb göstərmədən “persona non qrata” elan etmək hüququna malikdir.

Kubanın Xarici İşlər Nazirliyi isə bu qərara sərt reaksiya verib. Havana rəsmiləri Ekvadorun addımını “əsassız və özbaşına qərar”, həmçinin iki ölkə arasında tarixi münasibətlərə zərbə vuran “dostluğa zidd və presedentsiz addım” kimi qiymətləndiriblər.

Kuba tərəfi hesab edir ki, diplomatların ölkədən çıxarılması qərarı regionda baş verən siyasi proseslərlə əlaqəli ola bilər. Havana bu addımın ABŞ-nin mümkün təzyiqləri ilə bağlı olduğunu ehtimal edir. Belə ki, 7–8 mart tarixlərində ABŞ-nin Mayami şəhərində Latın Amerikasının 12 ölkəsinin nümayəndələrinin iştirakı ilə sammitin keçirilməsi planlaşdırılır və Kuba rəsmiləri bu qərarın həmin tədbir ərəfəsində qəbul edilməsinə diqqət çəkiblər.

Reuters agentliyinin mənbələrinə istinadən verdiyi məlumata görə, hazırda Ekvador paytaxtı Kitoda yerləşən Kuba səfirliyinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Polis və hərbi qulluqçular diplomatik nümayəndəliyin yerləşdiyi ərazi ətrafında patrul xidməti həyata keçirirlər.

Ekvador hökuməti səfirin və diplomatik heyətin ölkədən çıxarılması qərarının iki ölkə arasında diplomatik münasibətlərin tam dayandırılması anlamına gəlib-gəlmədiyini hələlik açıqlamayıb. Qərarın konkret səbəbləri barədə də rəsmi izahat verilməyib və hakimiyyət yalnız beynəlxalq hüquq normalarına istinad etməklə kifayətlənib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay