Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Nümayəndələr Palatasının spikeri: Vaşinqtonun İranı işğal etmək planı yoxdur...

Mayk Conson ABŞ-nin İranın enerji resurslarına nəzarət etmək, ya da ölkədə rejim dəyişikliyi həyata keçirmək niyyətində olmadığını deyib...

Poliqon xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson “Mike & McCarty” podkastında, KEEL radiosunda çıxışı zamanı Vaşinqtonun İranı işğal etmək və ya onun enerji ehtiyatlarını ələ keçirmək planının olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-nin hazırkı hərbi əməliyyatlarda məqsədi İranın ərazi bütövlüyünü pozmaq və ya ölkənin təbii sərvətlərinə sahib çıxmaq deyil.

“Bizim İranı nəzarət altına almaq, ona sahib olmaq və ya işğal etmək kimi marağımız və niyyətimiz yoxdur. Biz onların neftinin dalınca düşməmişik”, deyə Mayk Conson vurğulayıb.

Spiker əlavə edib ki, İran İslam Respublikasında siyasi rejimin dəyişdirilməsi də ABŞ administrasiyasının qarşıya qoyduğu hədəflər sırasında deyil.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İran İslam Respublikasına qarşı birgə hərbi əməliyyata başlayıb. ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində zərbələrin səbəbini Vaşinqtonun “səbrinin tükənməsi” ilə izah edib. Onun sözlərinə görə, Tehran nüvə proqramı ilə bağlı ambisiyalarından geri çəkilmədiyi üçün ABŞ və İsrail tərəfindən hərbi tədbirlərə əl atılıb.

Rəsmi Vaşinqton bəyan edir ki, əməliyyatların əsas məqsədi İranın nüvə potensialını məhdudlaşdırmaq və regionda təhlükəsizlik balansını qorumaqdır. Bununla yanaşı, ABŞ tərəfi bildirir ki, hərbi əməliyyatlar İran xalqına qarşı yönəlməyib və ölkənin suverenliyinə qarşı uzunmüddətli müdaxilə planlaşdırılmır.

Hazırkı vəziyyət Yaxın Şərqdə təhlükəsizlik mühitinin daha da gərginləşməsi fonunda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bir sıra ölkələr tərəfləri təmkinli davranmağa və diplomatik kanalları açıq saxlamağa çağırır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay