Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu məmurlar büdcəni taladılar və 244 min manatı geri qaytarıb sərbəst qaldılar

Mənimsəmə və vəzifə cinayətlərində ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib Aynaxanım Babayevanın cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəbi məlum olub...

Poliqon xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar istintaq müddətində dövlət büdcəsindən taladıqları 244.152,95 manat pulu geri qaytarıblar.

Bu səbəbdən hər iki şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkmiş tərəfin məhkəməyə dəymiş zərərin ödənildiyi və təqsirləndirilənlərlə barışıq əldə olunması barədə verdiyi məlumat elan edilib.

Daha sonra hökm elan olunaraq Mətləb Hüseynov və Aynaxanım Babayevanın təqsirləndirildikləri cinayət işinə xitam verilib.

Qeyd edək ki, onlar barədə cinayət işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb. 

İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına mükafat adı ilə əlavə pullar köçürüb, sonradan 175 365 manatını nağdlaşdıraraq mənimsəyiblər.

Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay