Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnur Məmmədov Cenevrədə insanlıq əleyhinə cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsindən danışıb

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 61-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə 23-25 fevral 2026-cı il tarixlərində Cenevrə şəhərində səfərdə olub...

XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

Nazir müavini çıxışı zamanı, postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, iki ölkə arasında Vaşinqton razılaşmasından irəli gələn məsələlər, o cümlədən Zəngəzur dəhlizinin regional inkişafa verəcəyi töhfədən bəhs edib.

Eyni zamanda, keçmiş münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər qismində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramı barədə məlumat verilib.

 
Qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi insan hüquqlarının tam həyata keçirilməsinə ciddi maneə olaraq qalır və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Nazir müavini çıxışı zamanı, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərə münasibətdə keçirilmiş məhkəmə prosesinin beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraq aparıldığı və verilən qərarlarla ölkəmizin ədaləti bərpa etdiyini vurğulayıb.

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyində də Azərbaycan tərəfindən həyata keçirilmiş hüquqi prosedurların beynəlxalq standartlara uyğun olduğunun bir daha təsdiqləndiyi xatırlanıb.

Həmçinin Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunun artdığı vurğulanaraq, Azərbaycanda keçirilmiş COP29 tədbirinin iqlim fəaliyyətinin sürətləndirilməsinə mühüm töhfə verdiyi, cari il ərzində isə Bakıda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi diqqətə çatdırılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay