Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir ölkəyə giriş vizasının qiymətini artırır

Mart ayından etibarən birdəfəlik viza 30 dollar olacaq, çoxdəfəlik vizanın rüsumu dəyişməz qalır...

Misir gələn aydan etibarən ölkəyə giriş vizasının qiymətini artıracaq.

Poliqon xəbər verir ki, bu barədə Cairo 24 nəşri Turizm şirkətləri və agentlikləri palatasına istinadən məlumat yayıb.

Məlumata görə, qərar Misirin hava limanları və digər sərhəd-keçid məntəqələrində verilən birdəfəlik giriş vizalarına şamil olunur. Martın 1-dən etibarən həmin vizanın rüsumu əvvəlki 25 dollar əvəzinə 30 dollar təşkil edəcək.

Bununla yanaşı, çoxdəfəlik giriş vizasının qiymətində dəyişiklik nəzərdə tutulmur. Həmin viza üçün ödəniş əvvəlki kimi 60 dollar olaraq qalacaq.

Turizm sektorunun nümayəndələri bildirirlər ki, rüsum artımı ölkənin turizm infrastrukturunun inkişafı və xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqələndirilir. Misir hakimiyyəti turizm sahəsini milli iqtisadiyyatın əsas gəlir mənbələrindən biri hesab edir və bu istiqamətdə gəlirlərin artırılmasına çalışır.

Eyni zamanda qeyd olunur ki, Şarm əl-Şeyx hava limanına gələn və yalnız Sinay yarımadası ərazisində 15 gündən artıq qalmayacaq turistlər üçün giriş əvvəlki qaydada pulsuz olacaq. Bu güzəşt regionun turizm cəlbediciliyini qorumaq məqsədi daşıyır.

Poliqon.info


Etiket: Misir Viza Qiymət


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay