Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Forbes: Azərbaycan, İsrail və BƏƏ yeni strateji üçbucaq formalaşdırır...

Yeni geosiyasi arxitektura sakit şəkildə genişlənir…

Poliqon xəbər verir ki, “Forbes” jurnalının yazdığına görə, "Avraam saziş"ləri və İsrail, Hindistan, ABŞ-nin, həmçinin BƏƏ-nin daxil olduğu strateji alyansın (I2U2) Yaxın Şərqdə əməkdaşlıq modelini yenidən müəyyənləşdirdiyi bir vaxtda, Azərbaycanın BƏƏ və İsraillə əlaqələrinin dərinləşməsi daha geniş və əhəmiyyətli geosiyasi arxitekturanın formalaşdığını göstərir. Nəşrin vurğulaylr ki, bu proses regiondakı siyasi balansı dəyişə və eyni zamanda ABŞ-nin enerji şirkətləri üçün yeni iqtisadi imkanlar yarada bilər.

Məqalədə qeyd olunur ki, Azərbaycan, BƏƏ və İsrail arasında inkişaf edən münasibətlər təkcə paralel ikitərəfli əlaqələrdən ibarət deyil. Bu münasibətlər real strateji dərinliyə malik, formalaşmaqda olan üçtərəfli əməkdaşlıq modelini əks etdirir. BƏƏ ilə İsrail arasında Avraam sazişləri çərçivəsində münasibətlərin normallaşması, eləcə də Azərbaycanın İsraillə uzunmüddətli tərəfdaşlığı regiondaxili əməkdaşlıq üçün yeni presedent yaradır. Bu presedent həm Avropa, həm də ABŞ üçün strateji və iqtisadi baxımdan faydalı hesab olunur.

“Forbes” yazır ki, üçtərəfli münasibətlər energetika, infrastruktur, müdafiə sənayesi, diplomatik qarşılıqlı fəaliyyət və ortaq maraqlar kimi geniş sahələri əhatə edir. Xüsusilə Azərbaycanın BƏƏ ilə enerji sahəsində əməkdaşlığı sadəcə iqtisadi tərəfdaşlıqdan daha artıq məna daşıyır və bu daha geniş geosiyasi arxitekturanın əsas sütunlarından biri kimi çıxış edir.

Nəşrə görə, Bakı və Əbu-Dabi arasında karbohidrogenlər, bərpa olunan enerji mənbələri və infrastruktur sahələrində həyata keçirilən birgə layihələr iqtisadi əlaqələri möhkəmləndirir. Bu əlaqələr isə İsraillə mövcud enerji, müdafiə və texnologiya sahələrindəki əməkdaşlıq vasitəsilə üçtərəfli formatda birləşir və daha dayanıqlı strateji çərçivə yaradır.

Məqalədə həmçinin vurğulanır ki, bu üçbucaq regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə, nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsinə, eləcə də Qərb bazarları üçün alternativ enerji mənbələrinin təmin edilməsinə töhfə verə bilər. Ekspertlərin fikrincə, ABŞ-nin enerji şirkətləri bu əməkdaşlığın təməlində duran layihələrdə daha fəal iştirak etməklə həm iqtisadi qazanc əldə edə, həm də Vaşinqtonun regiondakı strateji mövqelərini möhkəmləndirə bilərlər.

“Forbes”in qənaətinə görə, Azərbaycan–İsrail–BƏƏ xətti Yaxın Şərq və Cənubi Qafqaz arasında yeni geosiyasi körpü rolunu oynaya bilər və bu model gələcəkdə daha geniş beynəlxalq əməkdaşlıq formatlarının əsasını qoya bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay