Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail hökuməti İordan çayının qərb sahilində səlahiyyətlərini genişləndirir

Yeni qərarlar fələstinlilərin gələcək dövləti ideyasını sual altına alır...

İsrail hökuməti işğal altındakı Qərb Sahilində İsrail hakimiyyətinin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən və yəhudi məskunlaşanların fələstin torpaqlarını almasını asanlaşdıran bir sıra köklü dəyişiklikləri təsdiqləyib.

Poliqon xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, sözügedən addımlar Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin Qərb Sahili üzərində nəzarəti möhkəmləndirməyə yönəlmiş ardıcıl siyasətinin tərkib hissəsidir. Qeyd olunur ki, fələstinlilər bu ərazini gələcək müstəqil dövlətlərinin əsas dayağı hesab edirlər.

İsrailin ultramillətçi maliyyə naziri Betsalel Smotriç bildirib ki, qəbul edilən qərarlar Qərb Sahilində “hüquqi və mülki reallığı köklü şəkildə dəyişəcək”. Onun sözlərinə görə, hökumət bu addımlarla “fələstin dövlətinin yaradılması ideyasını dəfn edib”. Smotriç uzun müddətdir İsrailin Qərb Sahilini rəsmi şəkildə anneksiya etməsini müdafiə edir.

Bazar günü təsdiqlənən dəyişikliklər yəhudi mənşəli fiziki şəxslərə Qərb Sahilində torpaq almasını qadağan edən mövcud məhdudiyyətləri aradan qaldırır, eyni zamanda tikinti icazələrinin verilməsi prosesində fələstinli rəsmilərin rolunu faktiki olaraq ləğv edir.

Maliyyə naziri Betsalel Smotriç müdafiə naziri İsrael Kats ilə birgə verdiyi açıqlamada İsrailin torpaq əldə edilməsi üzrə komitəni də bərpa edəcəyini bildirib. Onun sözlərinə görə, bu komitə Qərb Sahilində torpaqların “aktiv şəkildə” satın alınması ilə məşğul olacaq.

Fələstin Xarici İşlər Nazirliyi isə bu qərarları “fələstin torpaqlarının faktiki anneksiyası” kimi qiymətləndirərək sərt şəkildə pisləyib. Nazirlik ABŞ-nin prezidenti Donald Trampa müraciət edərək prosesə müdaxilə etməyə çağırıb. Xatırladılıb ki, Tramp ötən il İsrailin Qərb Sahilini anneksiya etməsi ilə razılaşmadığını bəyan etmişdi.

Analitiklərin fikrincə, İsrailin bu addımları regionda gərginliyi daha da artırmaqla yanaşı, Yaxın Şərqdə iki dövlətli həll perspektivini ciddi şəkildə zəiflədə bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay