Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Times of Israel: İsrailin qərarı Qəzzada Türkiyə və Qətərin rolunu gücləndirib...

Tel-Əvivin Fələstin Muxtariyyətini prosesdən kənarda saxlaması regionda siyasi balansı dəyişib...

Poliqon xəbər verir ki, The Times of Israel nəşrinin yazdığına görə, İsrailin Fələstin Muxtariyyətinə (FM) Qəzza sektorunun müharibədən sonrakı idarəçiliyində iştirak etməyə icazə verməməsi bölgədə yaranmış siyasi boşluğu Türkiyə və Qətərin doldurmasına səbəb olub. Bu barədə nəşrə yüksək rütbəli ərəb diplomatı məlumat verib.

Diplomatın sözlərinə görə, bir sıra ərəb ölkələri – xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı – Qəzza sektorunun bərpasında iştirak etməyə və maliyyə investisiyaları yatırmağa daha açıq mövqe nümayiş etdiriblər. Lakin bu ölkələr öz iştiraklarını Fələstin Muxtariyyətinin prosesdə daha görünən və təsirli rol alması şərti ilə mümkün hesab ediblər. Onların mövqeyinə əsasən, Ramallahın Qəzzada möhkəmlənməsi anklavın vahid fələstinli rəhbərlik altında Qərb Sahili ilə siyasi və inzibati əlaqəsinin bərpası üçün vacibdir. Buna baxmayaraq, İsrail Fələstin Muxtariyyətinin Qəzza sektorunda hər hansı rolunu qəti şəkildə rədd edib.

Mənbənin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı “Sülh Şurası”nda, BƏƏ isə Qəzzanın keçid dövrü İcraiyyə Şurasında öz nümayəndələrini saxlayacaq. Bununla belə, Ər-Riyad və Əbu-Dabinin Qəzza sektorunda daha fəal iştirak və genişmiqyaslı maliyyə yatırımları ilə bağlı marağı əhəmiyyətli dərəcədə azalıb.

Eyni zamanda, Türkiyə və Qətər prosesdə iştirak üçün demək olar ki, heç bir ciddi şərt irəli sürməyib. Diplomatın sözlərinə görə, hər iki ölkə regiondakı təsir imkanlarını qorumağa, eləcə də ABŞ qarşısında özlərini faydalı və əvəzolunmaz tərəfdaş kimi göstərməyə çalışır.

“Türkiyə və Qətərin addımlarından Netanyahunun bu qədər narahat olması ironikdir, çünki bizi məhz bu vəziyyətə gətirən onun apardığı siyasətdir”, – deyə ərəb diplomat vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay