Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ay vaxtı üçün ilk proqram təminatı modeli yaradılıb

Çin uzunmüddətli kosmik missiyalar zamanı yüksək dəqiqliyi təmin edəcək Ay vaxtı üçün ilk proqram təminatı modelini (LTE440) hazırlayıb. .

APA “jalopnik.com”-a istinadən xəbər verir ki, bu, Ay vaxtının izlənməsi və onun Yer vaxtı ilə sinxronlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatıdır.

Çinli tədqiqatçılar bildiriblər ki, LTE440 proqram təminatının dəqiqliyi o qədər yüksəkdir ki, növbəti 1000 il ərzində belə səhv payı cəmi bir neçə on nanosaniyə həddində qalacaq.

Qeyd edək ki, Ayda zaman Yerə nisbətən bir qədər daha sürətli keçir. Bunun səbəbi Ayda cazibə qüvvəsinin daha zəif olmasıdır. 24 saatlıq zaman müddəti Ayda 58 mikrosaniyə daha sürətlə keçir.

Hazırda Ayda GPS yoxdur, amma gələcəkdə dəqiq enişlər və Ay səthində naviqasiya üçün belə bir sistemə ehtiyac olacaq. Vaxtın bu cür korreksiyası həm də uzunmüddətli Ay missiyaları üçün vacibdir ki, bütün iştirakçılar aylar və illər ərzində sinxronizasiyanı itirmədən eyni vaxt sistemindən istifadə edə bilsinlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay