Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Starmer Maskın Grok çat-botunu Britaniyada nəzarətə götürməklə hədələyib

Baş nazir, platforma seksual xarakterli görüntüləri məhdudlaşdırmasa, dövlət müdaxiləsinin qaçılmaz olduğunu deyib...

Poliqon Sky News telekanalına istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti İlon Maskın X platformasına məxsus Grok süni intellekt çat-botunun fəaliyyəti üzərində nəzarət tətbiq etməyə hazırdır. Baş nazir Kir Starmer bildirib ki, əgər platforma qadınların və uşaqların seksual xarakterli təsvirlərinin yaradılmasının qarşısını ala bilməsə, hökumət məsuliyyəti öz üzərinə götürəcək.

"Əgər X Grok üzərində nəzarəti təmin edə bilməsə, biz bunu edəcəyik, həm də sürətlə. Çünki zərər və sui-istifadədən qazanc əldə edirsinizsə, özünütənzimləmə hüququnuzu itirirsiniz, deyə Leyboristlər Partiyasının parlament fraksiyasının iclasında çıxış edən Kir Starmer deyib.

Baş nazir bu cür görüntülərin yaradılmasını “tamamilə iyrənc və rüsvayçı” adlandırıb.

Qeyd edək ki, Grok süni intellekt aləti X sosial şəbəkəsinin istifadəçilərinə sorğu əsasında şəkillər yaratmaq imkanı verir. Son vaxtlar bu funksiyanın qadın və azyaşlıların seksualizə edilmiş təsvirlərinin hazırlanmasında istifadə edildiyi iddiaları geniş tənqidlərə səbəb olub. Artan təzyiqlərdən sonra platforma şəkil yaratma funksiyasını yalnız ödənişli abunəçilər üçün məhdudlaşdırıb.

Bundan əvvəl Böyük Britaniya rəsmiləri X platformasına qarşı bütün variantların, o cümlədən ölkə daxilində mümkün qadağanın nəzərdən keçirildiyini açıqlamışdılar. Buna cavab olaraq İlon Mask Britaniya hökumətini “senzura üçün bəhanə axtarmaqda” ittiham edib. Onun sözlərinə görə, Grok üzərində təzyiqlər söz azadlığına ziddir və texnoloji innovasiyalara maneə yaradır.

Məsələ Böyük Britaniyada rəqəmsal platformaların tənzimlənməsi, süni intellektin etik istifadəsi və uşaqların onlayn mühitdə qorunması ilə bağlı daha geniş müzakirələrin fonunda gündəmə gəlib. Hökumət nümayəndələri bildirirlər ki, texnologiya şirkətləri ictimai təhlükəsizliklə bağlı məsuliyyəti üzərlərinə götürməsələr, dövlət müdaxiləsi qaçılmaz olacaq.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay