Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: Rusiya və Azərbaycan prezidentlərinin dostcasına söhbətinə Mehriban Əliyeva da qoşulub...

Rusiya XİN rəsmisi bildirib ki, telefon söhbəti zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi vurğulanıb...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün, dekabrın 25-də keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak etməməsinə münasibət bildirib.

Zaxarova qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Federasiyası Prezidentinin Administrasiyası daha əvvəl açıqlama verib və vəziyyətə dair ətraflı izahat təqdim olunub. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan Prezidentinin sıx iş qrafiki səbəbindən sammitdə iştirak edə bilməməsinə anlayışla yanaşıb.

Rəsmi nümayəndə xatırladıb ki, dekabrın 24-də Rusiya Prezidenti telefon danışığı zamanı Azərbaycan Prezidentini ad günü münasibətilə səmimi şəkildə təbrik edib və tərəflər Rusiya–Azərbaycan müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi istiqamətində qarşılıqlı əzmi bir daha təsdiqləyiblər. Həmçinin gələcəkdə şəxsi təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

“Bu söhbət, bir daha vurğulamaq istəyirəm ki, dostcasına xarakter daşıyırdı və həmin telefon danışığına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da qoşuldu. Qarşıdan gələn Yeni il bayramları münasibətilə tərəflər bir-birinə ən xoş arzularını çatdırdılar”, deyə Mariya Zaxarova bildirib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay