Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib - Rusiyadan daha çox qonorar alacaq

Əslən Xankədidən olan məşhur müğənni Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə adıçəkilən şəhərdə təşkil olunacaq bayram konsertində oxumaqdan imtina edib...

Poliqon xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında buna razılaşsa da, sonradan qərarını dəyişib.

Saytımızın əməkdaşı məsələ ilə müğənninin mobil telefonuna zəng edib.

Özünü onun köməkçisi kimi təqdim edən Qönçə adlı xanım bildirib ki, bu barədə hər hansı məlumatı yoxdur:”Xatirə xanım hazırda xaricdədir”.

Araşdırmamız zamanı müğənninin bu imtinasının səbəbi üzə çıxıb.

Məlum olub ki, Xatirə İslam Rusiya paytaxtında təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina edib.

Əslən Qarabağdan olan müğənninin bu hərəkəti bu məsələdən agah olan hər kəsi təəccübləndirib.

Azərbaycanın igid oğlanlarının qanı bahasına azad edilən torpaqda oxumaq Xatirə İslam və başqa müğənnilər üçün şərəf sayılsa da onlar bunun əhəmiyyətini dərk etmir.

Görünür, Xatirə İslam üçün maddiyyat daha önəmlidir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay