Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Radadan hərbi şəraitdə prezident seçkilərinin keçirilməsi ilə bağlı təklif gözləyir

Ukrayna lideri parlamentdən hüquqi mexanizmlər gözləyir, Qərbdən gələn təzyiqi isə spekulyasiyalara çevirməməsini istəyir…

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski parlament nümayəndələri ilə ölkədə davam edən müharibə şəraitində prezident seçkilərinin keçirilməsi imkanlarını müzakirə edib və ali qanunverici orqandan bu proseslə bağlı konkret təkliflər gözlədiyini bildirib. Zelenski axşam müraciətində bildirib ki, Qərb tərəfdaşlarının, xüsusilə də Vaşinqtonun seçkilər mövzusunu açıq şəkildə qabartması fonunda Kiyev hüquqi və siyasi suallara legitim cavablar təqdim etməlidir.

“Bu gün Ali Rada nümayəndələri ilə danışdım. Praktiki şəkildə müzakirə apardıq. Ukraynaya qarşı heç bir spekulyasiyaya yol verməyəcəyəm. Əgər tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas tərəfdaşımız Ukraynada seçkilər, hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsi barədə çox və konkret danışırlarsa, biz hər suala və hər şübhəyə hüquqi cavab verməliyik. Bu, asan deyil, amma bu mövzuda təzyiqə ehtiyac yoxdur. Deputatlardan öz baxışlarını təqdim etmələrini gözləyirəm”, deyə Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, təhlükəsizliklə bağlı çağırışların həlli Qərb tərəfdaşlarından asılıdır, lakin siyasi və hüquqi məsələlərə cavabı Ukraynanın özü formalaşdırmalıdır. O, bunun mümkün olacağına əminlik ifadə edib.

Zelenski bir gün əvvəl də bəyan etmişdi ki, əgər təhlükəsizlik şərtləri təmin olunarsa, ölkə 60–90 gün ərzində prezident seçkiləri keçirməyə hazırdır. Lakin müharibə şəraitində seçki logistikasının, təhlükəsizliyin və hüquqi mexanizmlərin necə təmin ediləcəyi Kiyevin qarşısında əsas sual olaraq qalır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay