Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sorğu: Yəhudilərin yarısı Netanyahuya istefasız əfv verilməsinə qarşı çıxır...

Respondentlərin 48%-i baş nazirin vəzifədə qalmaqla əfv edilməsini qəbul etmir…

Poliqon xəbər verir ki, İsrailin “12-ci kanal” telekanalı Baş nazir Benyamin Netanyahunun prezidentə özünə əfv verilməsi barədə müraciət təqdim etməsindən sonra ölkə ictimaiyyəti arasında sorğu keçirib. Nəticələr göstərib ki, respondentlərin 48%-i Netanyahunun istefa vermədən əfv olunmasına qarşı çıxır. Sorğu iştirakçılarının 36%-i bu qərarı dəstəklədiyini, 16%-i isə mövqeyinin qeyri-müəyyən qaldığını bildirib.

Sorğuda həmçinin “Netanyahunun siyasətdən tam çəkilməsi müqabilində əfv edilməsinə münasibətiniz necədir?” sualı da verilib. Respondentlərin 38%-i belə bir razılaşmanı dəstəklədiyini, 42%-i isə bunun əleyhinə olduğunu bildirib. Qalan 20% qərarsız qalıb.

Məlumata görə, ədliyyə nazirliyinin əfv məsələləri üzrə departamenti artıq Netanyahunun müraciətini araşdırmaq üçün prosedura başlayıb və müvafiq rəy hazırlayaraq ədliyyə nazirinə təqdim edəcək. Eyni zamanda, baş nazir barəsində cinayət işinə nəzarət edən baş prokuror da müraciətlə bağlı öz rəyini bildirəcək. Bütün materiallar prezident İsxak Hersoqa təqdim edildikdən sonra o üç mümkün qərardan birini seçməlidir. Prezident müraciəti tam rədd edə, ya da, baş naziri əfv edərək məhkəmə prosesini dayandıra və ya şərti əfv verə bilər.

Prezident Hersoq daha əvvəl bəyan etmişdi ki, qərar qəbul edərkən heç bir tərəfin təzyiqinə boyun əyməyəcək. Kompleks hüquqi proses səbəbindən yekun qərarın bir neçə həftə çəkəcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay