Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd İsmayılov Azərbaycanda səfərdə olan Özbəkistan media nümayəndə heyəti ilə görüşüb

Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov arasında görüş keçirilib.

Poliqon xəbər verir ki, görüşdə Əhməd İsmayılov Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın TDT çərçivəsində yeni, daha strateji mərhələyə qədəm qoyduğunu bildirib.

O vurğulayıb ki, iki ölkə arasında informasiya mübadiləsinin genişləndirilməsi, media qurumları arasında tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi bu əməkdaşlığın davamlı inkişafına əsas yaradır.

Xüsusilə "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi"nin icrasının qarşılıqlı fəaliyyəti daha sistemli, planlı və institusional bir müstəviyə daşıdığı diqqətə çatdırılıb.

Kobuljon Axmedov isə media sahəsində əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın ayrılmaz hissəsi olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycan və Özbəkistan media qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin təşkili və peşəkar kadr hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında bu sahədə tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay