Tramp administrasiyası: Qaçqın statusu uyğun gəlməyənlərin ləğv edilə bilər…
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Bayden dövründə ölkəyə qəbul edilmiş bütün qaçqınlara genişmiqyaslı yenidən yoxlama prosedurunun tətbiq olunmasını tapşırıb. Reuters Agentliyi yazır ki, söhbət 2021-ci il 20 yanvar - 2025-ci il 20 fevral tarixləri arasında ABŞ-ə daxil olmuş 233 min nəfərdən gedir. Reuters bu məlumat ABŞ hökumətinin daxilində hazırlanmış xidməti sənədə istinadən yayılıb.
Sənəddə qeyd olunur ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) araşdırması onların “qaçqın meyarlarına cavab vermədiyini” müəyyən etsə artıq ölkə daxilində yaşayan qaçqınların statusunu ləğv edə bilər. Hökumət sənədi əlavə edir ki, Bayden administrasiyası dövründə müsahibələr və təhlükəsizlik yoxlamaları zamanı “sayın keyfiyyətdən üstün tutulması ehtimalı” mövcud olub.
Tədbirlərin əsaslandırılması Trampın bu ilin 20 yanvar tarixində imzaladığı fərmana istinad edir. Həmin fərmanda ABŞ-a qaçqınların köçürülməsi dayandırılır və bildirilir ki, yeni qəbul prosesi milli təhlükəsizliyə üstünlük verməli, ölkəyə yalnız “ABŞ cəmiyyətinə tam və düzgün şəkildə assimilyasiya ola biləcək” şəxslər buraxılmalıdır.
Bu qərar ABŞ-da immiqrasiya siyasəti ətrafında gərgin siyasi debatların fonunda qəbul edilir və ölkədə humanitar proqramların gələcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Ekspertlərə görə, 233 min nəfərin yenidən yoxlanması həm hüquqi sistem, həm də administrativ resurslar üçün misli görünməmiş yük yaradacaq.
Poliqon.info