Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnstagram baxıcısı 17 min manatı mənimsəyib...

2024-cü ildən 2025-ci ilin 5 noyabr tarixinədək "baxıcı"nın vətəndaşdan nə az, nə çox düz 17.000 manat pul aldığı iddia olunur..

Poliqon xəbər verir ki, Patrul.az-ın redaksiyasına müraciət edən və adının çəkilməsini istəməyən vətəndaş əslən Füzuli rayonundan olan, hazırda isə Binəqədi rayonunda yaşayan və Instagram sosial platformasında “ruhuniarindir” və “gozeldualar55” profillərinin sahibi olan Mahmudova Gülgəz Siyavuş qızı onun 17.000 manat pulunu mənimsədiyini iddia edib.

Zərəçəkənin sözlərinə görə, profilin adı onun diqqətini çəkib və o, qarşı tərəfə yazmağa başlayıb. Bir müddət yazışdıqdan sonra Mahmudova Gülgəz ona “ruhunda cadu olduğunu”, gələcəkdə “xərçəng xəstəliyinə tutulacağını” bildirib və təcili şəkildə bu cadunun batil edilməsinin, bədənindəki mənfi enerjinin təmizlənməsinin vacib olduğunu deyib.

Beləliklə, 2024-cü ildən 2025-ci ilin 5 noyabr tarixinədək "baxıcı"nın vətəndaşdan nə az, nə çox düz 17.000 manat pul aldığı iddia olunur. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində onda ciddi psixoloji problemlər yaranıb və bunun əsas səbəbi Mahmudova Gülgəzin hər dəfə onu qorxutması olub.

Zərəçəkən sonuncu dəfə pulu ona Səbail rayonu ərazisində verdiyini bildirib və məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinə şikayət edib.

Qeyd edək ki, son dövrlərdə, xüsusilə sosial platformalar üzərindən fəaliyyət göstərərək özlərini “baxıcı”, “enerji təmizləyici”, “cadu açan” kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Bu cür fəaliyyətlərin hüquqi əsası yoxdur və həmin şəxslər insanlarda qorxu yaradaraq psixoloji təsir altında maddi və mənəvi qazanc əldə etməyə çalışırlar.

Mütəxəssislərin fikrincə, tibbi və ya psixoloji narahatlıq yaşayan vətəndaşlar ilk növbədə rəsmi qurumlara, psixoloqlara və həkimlərə müraciət etməlidirlər. Sosial şəbəkə hesabları vasitəsilə “qara enerji”, “cadu”, “ruh təmizliyi” adı altında göstərilən xidmətlər isə insanları aldadaraq dələduzluğa yol açır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay