Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Durov: Fransanın Çarli Kirkin qətlinə aidiyyəti olması versiyası inandırıcı görünür...

Telegram-ın yaradıcısı amerikalı jurnalistin iddialarını şərh edib…

Telegram messencerinin yaradıcısı Pavel Durov ABŞ-də tanınmış aktivist Çarli Kirkin qətli ilə bağlı Fransanın mümkün iştirakına dair yayılan versiyanı “inandırıcı” hesab etdiyini bəyan edib. 

Poliqon xəbər verir ki,  Durov bu barədə X sosial şəbəkəsində paylaşım edərək, məsələ ətrafında gedən müzakirələrə münasibət bildirib.

Durov qeyd edib ki, Çarli Kirk özü də bir zamanlar Fransa hökuməti tərəfindən ona qarşı irəli sürülmüş ittihamlar geri götürülənədək bu ölkədən idxala 300 faiz vergi tətbiq olunmasını təklif etmişdi. Onun sözləri ABŞ-də baş verən hadisə ilə Fransanın münasibəti arasında müəyyən gərgin fonun olduğunu göstərir.

Bu açıqlama amerikalı jurnalist Kendis Ouens tərəfindən səsləndirilmiş iddialara cavab olaraq verilib. Ouens iddia edir ki, Kirkə qarşı sui-qəsddə Fransanın mümkün rolu barədə ona “yüksək vəzifəli fransız rəsmisi” məlumat verib. Jurnalistin dedikləri həm ABŞ, həm də Fransada rezonans doğurub.

Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da Yuta ştatının universitetindəki çıxışı zamanı güllələnərək qətlə yetirilib. O, ABŞ prezidenti Donald Trampın tərəfdarı kimi tanınırdı və ölümündən sonra Prezidentin Azadlıq Medalı ilə təltif olunub. Hadisə ilə bağlı 22 yaşlı Tayler Robinsona rəsmi ittiham irəli sürülüb, lakin cinayətin motivi və mümkün təşkilatçı dairələr haqqında müzakirələr hələ də davam edir.

Hadisə həm ABŞ siyasi dairələrində, həm də beynəlxalq mediada ciddi mübahisələrə səbəb olub. Bir çox müşahidəçilər bu cür iddiaların sübut olunmadan səsləndirilməsinin siyasi münasibətləri daha da gərginləşdirə biləcəyini bildirir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay