Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Trampın Ukrayna planına qarşı öz təkliflərini təqdim edib

Avropa İttifaqı Tram administrasiyasının 28 maddəlik sülh planına alternativ mövqeyi ortaya qoyur...

Poliqon xəbər verir ki, The Washington Post qəzeti ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin bu gün Cenevrədə keçirəcəyi görüş ərəfəsində Avropanın Tramp administrasiyasının hazırladığı 28 maddəlik sülh planına qarşı öz kontur təkliflərini formalaşdırdığını yazıb. Nəşrin əldə etdiyi sənədin surətinə əsasən, Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmasını qəbul etmir və bu müddəanı danışıqların əsasında görmür.

Sənədə görə, Kiyev Zaporojye Atom Elektrik Stansiyasına və Kaxovka su anbarına yenidən tam nəzarəti bərpa etməli, həmçinin Dnepr çayı boyunca “maneəsiz keçid” əldə etməlidir. Bundan başqa, Ukrayna Kınburn dili üzərində də nəzarəti bərpa etməli, digər mübahisəli ərazi məsələləri isə atəşkəsdən sonra ayrıca danışıqlar çərçivəsində həll olunmalıdır.

Avropanın təklifləri göstərir ki, Aİ ölkələri təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü məsələlərində Kiyevin “qırmızı xətləri”nə sadiqdir. The Washington Post yazır ki, Cenevrə görüşünə Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla yüksək vəzifəli Avropa rəsmiləri qoşulacaq. Onların iştirakı danışıqlara əlavə siyasi çəki verəcək və Avropanın prosesdə passiv müşahidəçi olmaq niyyətində olmadığını nümayiş etdirəcək.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay