Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın neft məhsulları ixracı Ukrayna müharibəsindən bəri minimum səviyyəyə enib

Bloomberg: dron hücumları, sanksiyalar və hava şəraiti ixracın azalmasına səbəb olub...

Poliqon xəbər verir ki, Rusiyadan neft məhsullarının dəniz yolu ilə ixracı 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri ən aşağı səviyyəyə düşüb. Bloomberg Agentliyi Vortexa-nın məlumatlarına istinadla bildirir ki, oktyabrın ilk 26 günü ərzində Rusiyanın dəniz nəqliyyatı ilə neft məhsulları ixracı orta hesabla sutkada 1,89 milyon barrel təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 2 milyon barrel, 2022-ci ildə isə 2,3 milyon barrel idi.

Son üç ildə oktyabr aylarında müşahidə olunan azalma tendensiyasına baxmayaraq, növbəti aylarda ixracda müəyyən artım qeydə alınırdı. Lakin bu il, agentliyin qeyd etdiyi kimi, dizel yanacağının xaricə satışında cüzi artım olsa da, nafta və benzinin ixrac həcmi o qədər azalıb ki, ümumi ixrac göstəricisi rekord dərəcədə aşağı səviyyəyə enib.

Bloomberg ixracın azalmasının əsas səbəbləri kimi Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı zavodlarına hücumlarını, ABŞ və Avropa İttifaqının sanksiyalarını, eləcə də son günlərdəki əlverişsiz hava şəraitini göstərir.

Hazırda Rusiyada benzinin ixracına 2025-ci ilin sonuna qədər qadağa qüvvədə qalır. Bu məhdudiyyət yalnız Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə və hökumətlərarası sazişlər çərçivəsindəki tədarüklərə şamil edilmir. Dizel yanacağının ixracı isə yalnız neft emalı zavodları üçün icazə ilə həyata keçirilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay