Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin “evini yıxan” müğənni

Günlərdir mətbuatın gündəmini zəbt edən Ramiz Mehdiyevin “vurulması”nın əsası 2020-ci ildə karantin qaydalarını pozaraq nəvəsinə toy etməsi ilə qoyulmuşdu...

Həmin vaxtda qayda pozuntusuna görə,Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.
 
Bəs,Mehdiyevlərin “evini yıxan” görüntüləri kim çəkib,paylaşmışdı?
 
Poliqon oxu24.az-a istinadla xatırladır ki, görüntüləri müğənni Aysel Teymurzadə çəkərən xəbər saytlarına ötürmüşdü.
 
Hadisə baş verən zaman Ramiz Mehdiyevin kürəkəni müğənnini ittiham edərək bu sözləri demişdi:
 
“Filarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı, Azərbaycanı “Eurovision” yarışmasında təmsil etmiş Aysel qərəzli videoları çəkib, müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm, bundan sonra da araşdırma aparacağam. Bu, sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür. Bu gün dostuna xəyanət edən, sabah dostuna, xalqına da xəyanət edərcək”.
 
Xatırladaq ki, 2020-ci ilin avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay