Gürcüstanın sabiq prezidenti Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirib...
Poliqon xəbər verir ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili özünün Facebook səhifəsində Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşünü şərh edərkən bildirib.
Saakaşvili qeyd edib ki, İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qoruyub və digər ölkələr üçün nümunə göstərib.
Gürcüstanın sabiq prezidenti vurğulayıb ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duran ölkələr indi Azərbaycan Prezidentinə hörmətini nümayiş etdirmək üçün növbəyə dururlar. O, Əliyevin diplomatik bacarığını və regional nüfuzunu yüksək qiymətləndirib, həmçinin Azərbaycanın Qafqaz regionunda lider mövqeyini gücləndirdiyini qeyd edib.
Poliqon.info