Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şatdaun ABŞ-də iqtisadiyyata həftəlik 15 milyard dollara başa gələ bilər

Ağ Ev Konqresə xəbərdarlıq edib: hər ay minlərlə insan işini itirə, xərclər on milyardlarla dollar azala bilər...

Poliqon xəbər verir ki, ABŞ administrasiyası hökumətin bağlanmasının (şatdaun) ölkə iqtisadiyyatına həftəlik təxminən 15 milyard dollara başa gələcəyini hesablayır. Politico yazır ki, Ağ Ev bu proqnozu respublikaçı qanunvericilərə təqdim etməyi planlaşdırır.

ABŞ prezidenti Donald Trampın iqtisadi müşavirlərinin hesablamalarına görə, əgər şatdaun bir ay davam edərsə, ölkədə işsizlik göstəricisi 43 min nəfər artacaq, istehlak xərcləri isə 30 milyard dollar azalacaq. Bu rəqəmlər təxminən 1,9 milyon federal qulluqçunun məzuniyyətə göndərilməsi və ya maaşsız işləməsi kimi amilləri nəzərə almır.

Xatırladaq ki, federal hökumət 1 oktyabr tarixindən etibarən fəaliyyətini qismən dayandırıb. Səbəb Konqresdə respublikaçılar və demokratlar arasında büdcə xərcləri ilə bağlı razılıq əldə edilməməsidir. Hər iki tərəf baş verənlərə görə bir-birini siyasi məqsədlər güdməkdə ittiham edir.

Ekspertlər bildirirlər ki, uzunmüddətli şatdaun ABŞ iqtisadiyyatının ümumi sabitliyinə mənfi təsir göstərə, investorların etimadını azalda və gələcək fiskal siyasətdə daha dərin böhranlara yol aça bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay