Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?..

Sumqayıt şəhər memarlıq və şəhərsalma şöbəsinin müdiri Rəşad Əhmadaliyev haqqında iddialar səngimək bilmir...

Poliqon xəbər verir ki, Rəşad Əhmadaliyevin mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Artıq bir çox mənbələrin verdiyi məlumatlara görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyev barəsində başqa informasiyalar da dolaşır. Belə ki, onun rəhbərliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir. Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50000 manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyektlər açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5000 manat, sənədsiz torpaqlar da tikilən evlər üçünsə 10000 manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşinları torpaq sahələri, obyektləri var. Bunları əks etdirən fotoları da sizə təqdim edirik:

Hec bir qanuna məhəl qoymayan Rəşad Əhmədalıyev icra hakimiyyətinin xidməti maşının qeydiyyat nömrəsini qanunsuz dəyişib “Passat folksvagen” markalı avtomobilə məxsus olan 50-AA-007 qeydiyyt nömrəsini özünə məxsus 2024-cü ildə aldığı şəxsi avtomobili olan “Toyota camry” markali maşınına bağlayıb.

Son 3 ildə bahali 2 ədəd “Range rover”,

Həmçinin iddia olunur ki, dövlət məmurunun Sumqayıt bulvarında 300000-lik yeni tikili, bağ evi var.

Elə həmin bulvarda qanunsuz tikdirdiyi obyekti 2024-cü ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin xüsusi göstərişi ilə sökülməsinə baxmayaraq, bu il yenidən tikinti işləri davam etdirilib

Ümid edirik ki, onun haqqında iddialardan sonra ölkənin hüquq-mühafizə orqanları daha müfəssəl məlumatlar əldə etmək üçün ciddi araşdırma aparacaq, Rəşad Əhmədalıyev haqqında hüquqi ölçü götürüləcək.(aztimes.az)

Digər obyektlərin cüzi hissəsi videoda:




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay