Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spiker: Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir

Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir...

APA xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda sədr Sahibə Qafarova deyib.

“Prezident İlham Əliyev Prezident Donald Trampın dəvəti ilə ABŞ-a səfər edib. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, keçirilən görüşlərə görə əminliklə deyə bilərik ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətləri prinsipiallığı, diplomatik məharəti, cəsarətidir. Vaşinqton razılaşmaları da məhz bu kontekstdən qiymətləndirilməlidir!”, - deyə spiker vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, bu səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyələndirilməlidir: “Bu məsələdə Prezident Trampın sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı. Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra sülh diplomatiyasının məntiqi sonluğa çatdırılması ilə də səciyyələndirilən hadisə oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması haqq-ədaləti özündə ehtiva edir. Bu hadisə bizim regionumuzda yeni üfüqlər açır. Vaşinqton razılaşmalarının məntiqi davamı olaraq Zəngəzur dəhlizinin reallaşdırılması da tarixi əhəmiyyət daşıyır. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişir. Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsinə əsaslı yeniliklər gətirəcək. Bu dəhlizin “Tramp marşrutu” adlandırılması da təsadüfi deyil. Cənubi Qafqazda sühün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici məqam oldu”.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay