Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna dronu Putinin Gəlincikdəki sarayı yaxınlığında meşə yanğınına səbəb olub

Yanğın sahəsində 23 nəfər sahilboyu ərazidə sıxışıb qalıb...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə Krasnodar əyalətinin əməliyyat qərargahı məlumat verib. Məlumatda bildirilir ki, cümə axşamı gecəsi dron qalıqları Gəlincikdə, Kriynitsa kəndi yaxınlığındakı meşədə yanğına səbəb olub. Kənd Putinin İdokopas burnunda yerləşən sarayından düz xətt üzrə təxminən 10 km məsafədədir.

Dron qalıqlarının düşməsi nəticəsində meşədə üç yanğın ocağı yaranıb. Əvvəlcə yanğın sahəsi təxminən 3 min kvadrat metr təşkil edib, sonra 7 min kvadrat metrə çatıb, daha sonra isə Fövqəladə Hallar Nazirliyinin məlumatına görə sahə 32 min kvadrat metrə (3,2 ha) qədər genişlənib.

Yanğın sahəsində 23 nəfər sahilboyu ərazidə sıxışıb qalıb. İnsanların xilas edilməsi üçün kater göndərilib. Gələndjik rəhbəri Aleksey Bogodistov bildirib ki, istirahət mərkəzi də evakuasiya olunub. FHN vertolyotu hadisə yerinə yönləndirilsə də, güclü külək onun əməliyyatını çətinləşdirir.

Kriynitsa kəndi Gələndjik mərkəzindən düz xətt üzrə təxminən 30 km məsafədədir. Gələndjik və Kriynitsa arasında (kəndin şərqində təxminən 10 km) Putinin İdokopas burnunda yerləşən sarayı mövcuddur.

Ötən il dron hücumları prezidentin istirahətinə təsir göstərib. “Proyekt”in məlumatına görə, Putinin Soxidə uçuşları demək olar ki, dayanıb; bu, şəhərdə dron hücumlarından sonra dövlət başçısının həyatına olan qorxusu ilə izah olunur. 2024-cü ilin martına qədər Soxidə prezidentin rəsmi iqamətgahı “Boçarov Ruçey” də sökülüb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay