Denisov insanlarından miras qalan MUC19 geni immun sisteminin adaptasiyasında mühüm rol oynayıb...
Alimlər MUC19 geninin qədim Asiya insan növü olan denisovlulardan miras qaldığını və onun Amerika qitəsinin yerli xalqlarının yeni mühitə uyğunlaşmasında həlledici rol oynadığını müəyyənləşdiriblər. A
Poliqon xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.
Gen MUC19 insan orqanizmində tüpürcək ifrazında və tənəffüs-p həzm yollarının selikli baryerlərinin formalaşmasında iştirak edir. Təhlillər göstərib ki, denisovlulardan miras qalan bu genin variantı həm qədim Amerika əhalisinin DNT-sində, həm də müasir yerli mənşəli Latın Amerikalılarda yüksək tezliklə rast gəlinir. Bu isə onun güclü təbii seçmə təsiri altında olduğunu, yəni daşıyıcılarına yaşamaq və nəsil artırmaq üçün üstünlük verdiyini sübut edir.
Qeyd edək ki, denisov insanları 300 min ildən 30 min il əvvələ qədər Asiyada yaşamış və onların fosillərindən çıxarılan DNT müasir insanlarda da bir sıra izlər buraxmışdır. Daha əvvəl aparılmış araşdırmalar göstərmişdi ki, məhz denisovlulardan miras alınan EPAS1 geni Tibet dağlarında yaşayan xalqlara, o cümlədən şerpalara, yüksək dağ şəraitinə uyğunlaşmaqda kömək edib.
Mütəxəssislər bildirirlər ki, bu kəşf qədim insanların qarışmasının müasir insanın genetik müxtəlifliyini zənginləşdirdiyini, həm də onun yaşayış və uyğunlaşma qabiliyyətinə birbaşa təsir göstərdiyini bir daha təsdiqləyir.
Poliqon.info