Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hind mahnılarının mahir ifaçısı, Xalq artisti Elmira Rəhimovanın doğum günüdür

Avqustun 13-ü Azərbaycanın xalq artisti, müğənni Elmira Rəhimovanın doğum günüdür...

Oxu.Az xatırladır ki, Elmira Rəhimova 1941-ci ildə Bakıda dünyaya göz açıb.

1965-ci ildə Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib.

O, 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Elmira Rəhimova 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın sabiq baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-1959, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib.

Hindistanda keçən günlər Elmira Rəhimovanın həyatında unudulmaz xatirəyə dönüb. O, burada Cəvahirləl Nehru, onun qızı İndira Qandi, eləcə də məşhur kino ulduzları Raç Kapur, Qopal, Nərgiz və digər tanınmış simalarla tanış olub.

Hindistan şahzadəsinin ona elçi düşməsi isə o dövrdə Azərbaycanda səs-küyə səbəb olub. Amma Elmira Rəhimova öz vətənində - Azərbaycanda ailə qurmağa üstünlük verib.

Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edən sənətkar 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub.

E.Rəhimova Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Onun oxuduğu "Ana laylası", "Küsüb məndən", "Sənin gülüşlərin", "Mən anayam" və s. kimi mahnıları müğənniyə əbədi şöhrət qazandırıb.

O, 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adını alan Elmira Rəhimovaya 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı verilib.

2000-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülən Elmira Rəhimova 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Anand adında bir oğlu və iki nəvəsi var.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay