Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ələkbər əmi"nin doğum günüdür

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi, "Ələkbər əmi" kimi tanınmış aktyor Ələkbər Hüseynovun doğum günüdür...

Oxu.Az xatırladır ki, o, 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərində "Qurban", H.X.Andersenin "Bülbül" nağılında "Nağılçı" və "Çin imperatoru", N.Bədəlovun "Qara rəngin nağılı"nda "Aydın", R.Əlizadənin "Tıq-tıq xanım"ında "Dirijor", "Qoca" və "Müğənni", A.Ostrovskinin "Qar qız"ında "Lel", R.Əlizadənin "Keçəlin toyu"nda "Keçəl" rollarını oynayıb.

Ə.Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində də tamaşaya hazırlanıb. Aktyor "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2007-ci ildə Polşanın "Təbəssüm Ordeni" mükafatına layiq görülüb.

Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Hepatit C xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, teleaparıcı Şərqiyyə Hüseynovanın xalası oğlu idi.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay