ABŞ müdafiə naziri Pit Heqset martın 15-də qapalı “Signal” qrupu söhbətində Yəmənə qarşı gözlənilən zərbələr barədə məlumat paylaşıb...
Poliqon xəbər verir ki, bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb. Nəşrin mənbələrinə görə, çatda siyasətçinin həyat yoldaşı, qardaşı və şəxsi vəkili olub.
NYT mənbələrinin məlumatına görə, “Müdafiə | Komanda Məşvərət” adlı çat qrupu Heqset tərəfindən bu ilin yanvarında, müdafiə naziri vəzifəsinə başlamazdan əvvəl yaradılıb. Çatdan istifadə etmək üçün siyasətçi dövlət telefonundan deyil, şəxsi telefonundan istifadə edib.
Qeyd edilir ki, Heqsetin qardaşı Fil və şəxsi vəkili Tim Parlatore Pentaqonda işləyir, lakin onların Husilərə qarşı hərbi əməliyyatlarla heç bir əlaqəsi yoxdur. Pit Heqsetin həyat yoldaşı Cenniferin də Pentaqonla əlaqəsi yoxdur.
“Siqnal” çatında Pit Heqset tərəfindən paylaşılan məlumatda Husiləri hədəf alan F/A-18 Hornet döyüş təyyarələrinin uçuş cədvəli olduğu bildirilir. Eyni zamanda, Heqset eyni təfərrüatları “The Atlantic” nəşrinin baş redaktorunun səhvən əlavə edildiyi Signal çatında yerləşdirib.
Poliqon.info