ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin tədbirdə çıxışı təşkilatçılara 300 min dollara başa gələcək...
Poliqon xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Baydenin çıxışına qulaq asmaq istəyənlər o qədər də çox deyil.
Qeyd edilir ki, Co Bayden fevralın əvvəlindən “Creative Artists Agency” tərəfindən təmsil olunur. Qəzetin mənbəsinin sözlərinə görə, çıxış üçün səyahət tələb olunarsa, cənab Baydenin şəxsi təyyarəsinin və beş əməkdaşının xərcləri də ödənilməlidir.
Mənbələr əlavə edib ki, Baydenin çıxışı ABŞ-nin 44-cü prezidenti Barak Obamanın çıxışından 25% ucuz başa gəlib. 2017-ci ildə vəzifəsini tərk edəndə onun tədbirlərdə çıxışı təçkilatçılara 400 min dollara başa gəlib.
Xatırladaq ki, aprelin 15-də Co Bayden hakimiyyətdən getdikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Çıxışında Bayden yeni administrasiyanı sərt tənqid edib və onun varisi Donald Trampın siyasəti ilə bağlı bir sıra fikirlər səsləndirib ki, bunların da əksəriyyəti sosial təminat sahəsi ilə bağlı olub.
Poliqon.info