Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Martın 18-də Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini özündə ehtiva edən ən əziz bayramımız olan Novruz bayramı geniş qeyd olundu...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb, bağça kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Rayon rəhbərliyini qarşılayan Dədə Qorqud hamını Novruz bayramının gəlişi münasibəti ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov rayon ağsaqqalları və Vətən Müharibəsi qaziləri ilə birgə bayram tonqalını yandırdı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət edirdi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Ulu Öndərin qoyduğu ənənələri davam etdirərək xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görürlər.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etdi, məktəblilər şeir oxudular, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar.

Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəb, bağça və mədəniyyət müəssisələri bayram gəzintisinə çıxanları Novruz şirniyyatlarına qonaq etdilər.

Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı.

Tədbir rəngarəng bayram konserti ilə davam etdi.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay