Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: Ermənistan Zəngəzur dəhlizini başqa ad altında açır

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb...

Poliqon xəbər verir ki, “Ermənistan Zəngəzur dəhlizini başqa ad altında açır” adlı süjetdə Azərbaycandan Naxçıvana maneəsiz keçidlə bağlı Ermənistan hakimiyyətinin irəli sürdüyü müxtəlif variantlardan bəhs olunur.

Bildirilir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı əsas prinsiplər 10 noyabr razılaşmasında əksini tapıb.

Qeyd olunur ki, rəsmi Bakının dəyişməz tələbi Naxçıvana maneəsiz keçidin verilməsidir: “Ermənistanda düşünürlər ki, Paşinyan hakimiyyəti əslində Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu “yol” adı altında gizlədir.

Erməni ekspertlər də hesab edirlər ki, Azərbaycan yükləri Zəngəzurdan maneəsiz şəkildə keçəcəksə, rəsmi Bakı tələb etdiyi dəhlizi əldə edəcək.

Bakı-İrəvan danışıqlarında Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılması əsas müzakirə mövzularından biridir: “İrəvanda anlayırlar ki, regional kommunikasiyanın açılması Zəngəzur dəhlizinin reallaşmasından asılıdır, əks təqdirdə, Ermənistan dalan ölkə olaraq qalacaq. Ermənistanın yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinə şəraitin yaradılmasıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay