Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Xarici qonaqlar da gördülər ki, insanlarımız küçədə gecə yarısınadək böyük həvəslə qartopu oynayırlar..."

“Azərbaycana qar az-az yağır. Xüsusilə gənclər qarı həvəslə gözləyirdilər. Paytaxtda da qar gec də olsa, yağdı. Müəyyən qədər yollarda problemlər yaransa da, böyük problem olmadı. Dövlətimiz əvvəlcədən tədbir görüb, yeni texnikalar alınıb, qarlı havada yollar təmizlənir. Ölkədə xarici qonaqlar var, ötən gün onlarla birlikdə idik. Qonaqlar da gördülər ki, doğrudan da, insanlarımız küçədə gecə yarısınadək böyük həvəslə qartopu oynayırlar. Mərkəzdən kənarda xırda problemlər ola bilər, çünki bölgəmiz bu cür soyuqları, qarı az görür. Cüzi problemlərdir, Allaha şükür, hər şey yaxşıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat Bakı Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların tənqid edilməsinə də münasibət bildirib: “Bir az tənqid etməyə, özümüzdən başqa heç kimi bəyənməməyə meyilliyik. Hər kəsin işinin çətinlikləri, problemləri var. Təbii ki, bu boyda şəhərə rəhbərlik etmək, bütün ölkədə problemləri 1 saatda həll etmək, insanları, texnikanı səfərbər etmək bir az çətin olar. Diqqət yetirilməyən bölgələrdə insanlar narazılıq edə bilərlər. Bu da təbiidir. Narazılıq canımızda var. Yaxşı işləri qiymətləndirməmək, tərif deməmək, hər şeydə pisi görmək... Allahın izni ilə, hər şey yaxşı olar”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay