Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Belə bir şey yoxdur ki, həmişə "Qarabağ", Qurban Qurbanov qalib gəlməlidir"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 24-cü turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb...

Milli.Az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

- Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, sonlara yaxın da oyunun sürəti artdı. Dinamik futbol oynadılar. Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Hər bir futbolçudan razı qaldım. İkimiz də bir xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı kimi görünürdü. Ancaq sonradan oyun aktivləşdi, maraqlı matç alındı.

- Murad Musayev "Sabah"ı çalışdıranda, 3:2 hesablı qələbə qazanmışdı "Qarabağ"a qarşı. Bu mövsüm Kurban Berdiyev və Vasili Berezutski sizə uduzmayıb. Rusiyalı məşqçilərlə sizin komandanızın nəticələri təsadüfdür, yoxsa yaxşı analiz edirlər?

- Deyəcək bir şey yoxdur. Bura gəliblər, istəklidirlər, böyük təcrübə keçmiş məşqçilərdir. Bəlkə, "Sabaha"a uduzacağıq, ya udacağıq. Hər məşqçi, komanda rəqibi analiz edir. Normaldır. Görünən odur ki, biz daha çox təhlil etməliyik. Belə bir şey yoxdur ki, həmişə "Qarabağ", Qurban Qurbanov qalib gəlməlidir.

- 7- 8 futbolçunun müqaviləsi bitir. Onlarla hazırki durum necədir?

- Vaxtımız var. Mövsüm boyu fikirlər, düşüncələrdə dəyişikliklər olur. Hansısa futbolçunu göndərməyi düşünürsən, sonra saxlamaq istəyirsən. Ya da, əksinə. Mövsümün sonuna kimi vaxt var. Sonda dəqiq məlumatlar bildiriləcək.

- Buraxdığınız qolu necə şərh edərdiniz?

- O epizodda daha çox Sekidikanın ustalığını qeyd etmək lazımdır. Daha diqqətli olmaq lazımdır. Mateus Silvaya irad deyildi, motivasiya verdim ki, daha bərk oynamaq lazımdır.

- Bu oyunda bir xal qazandınız, yoxsa itirdiniz?

- Qazandıq. Xalımızın üzərinə xal gəlirsə, qazanmış hesab edirəm. (sportal.az)

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay