Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Roma Papası İtaliyanın ən böyük həbsxanalarından birində “müqəddəs qapını” açıb

Roma Papası I Fransisk İtaliyanın ən böyük həbsxanalarından birinə baş çəkərək, Katolik Kilsəsinin 2025-ci ilə keçidini qeyd etmək üçün xüsusi “müqəddəs qapı”nı açıb...

Poliqon The Guardian nəşrinə istinadən xəbər verir ki, Vatikan ilk dəfə olaraq müqəddəs “portal”ın açılmasını "arixi addım adlandırıb.

Cümə axşamı Romanın kənarındakı Rebibbia həbsxanasında yüzlərlə məhbus qarşısında çıxış edən Papa məhbuslara yaxınlığını göstərmək və məhbuslara ümid vermək üçün həbsxananın bir hissəsinin qapısını il boyu açıq saxlamaq istədiyini dilə gətirib.

Qeyd edək ki, çərşənbə axşamı Milad ərəfəsində Müqəddəs Pyotr Bazilikasının müqəddəs qapısını açaraq “ümid ili”nə start verən Papa “açacağım ikinci müqəddəs qapının həbsxana qapısı olmasını istərdim”, deyib.

“Spes non confundit” ("Ümid məyus etmir") başlıqlı papalıq bullasında Papa məhbuslar üçün müxtəlif növ amnistiya və ya əfv, həmçinin ölüm hökmünün ləğvi kimi reinteqrasiya yollarının təmin edilməsinə çağırıb.

Növbəti 12 ay ərzində katolik zəvvarlar adətən divarla örtülmüş qapıdan keçəcəklər və ənənəvi olaraq günahlarının bir növ bağışlanması üçün “plenar indulqensiya” alacaqlar.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay