Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib  

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib.

Poliqon xəbər verir ki, “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin Azərbaycan və rus dillərində pilot şəklində hazırladığı iqlim dəyişmələri haqqında metodik vəsaitin hazırda ingilis dili versiyası üzərində işlər gedir.

Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait bu sahədə məlumat əldə etmək istəyən hər kəs üçün əlçatan olacaq.

Kitabın ilk 28 bölməsini “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri hazırlayıblar.

Yekun 29-cu dərs isə COP29 Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.

Kitabın ideya müəllifi və baş redaktoru “EkoSfera” SEM-in rəhbəri Firuzə Sultan-zadədir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay