Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Harrisin məğlubiyyətini “fövqəladə vəziyyətlə” əlaqələndirib

ABŞ prezidenti Co Bayden prezident seçkilərinin nəticələrini ilk dəfə şərh edib və qeyd edib ki, vitse-prezident Kamala Harrisin məğlubiyyəti demokratın seçki kampaniyasına “fövqəladə şəraitdə” daxil olması ilə bağlıdır...

Poliqon xəbər verir ki, Bayden Kamala Harrisin estafeti ondan alaraq qətiyyətlə və şövqlə mübarizəyə davam etdirdiyini söyləyib.

“O, fövqəladə şəraitdə başladı və əldə edilə biləcəkləri əks etdirən tarixi kampaniyaya rəhbərlik etməli oldu”, deyə Amerika prezidenti vurğulayıb.

Hazırkı Amerika prezidenti həmçinin xanım Harrisi respublikaçı Donald Trampa seçkidə məğlub olduqdan sonra göstərdiyi “dürüstlük və cəsarət”ə görə tərifləyib.

“Bu gün Amerika mənim tanıdığım və dərindən heyran olduğum Kamala Harrisi gördü. O, dürüstlük, cəsarət və xarakterlə dolu gözəl tərəfdaş və dövlət qulluqçusudur”, deyə Bayden qeyd edib. Amerika dövlət başçısının sözlərinə görə, o, 2020-ci ildə Kəmalə Harrisin vitse-prezident seçilməsini özünün ən yaxşı qərarı hesab edir.

Co Baydenin açıqlamasından qısa müddət əvvəl Kamala Harris məğlubiyyətindən sonra ilk dəfə tərəfdarları qarşısında çıxış edib. O, Donald Trampı qələbəsi münasibətilə təbrik edib, hakimiyyətin sülh yolu ilə keçidini vəd edib və siyasi mübarizənin “səsvermə kabinələrində, məhkəmələrdə və ictimai meydanlarda daha sakit şəkildə” davam edəcəyinə əminlik ifadə edib. ABŞ-ın hazırkı vitse-prezidenti bildirib ki, Demokratlar prezident seçkilərinin nəticələrini qəbul etməlidirlər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay