Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 183 məzun məktəbi qızıl, 39-u isə gümüş nişanla bitirib

Azərbaycanda 183 məzun məktəbi qızıl, 39-u isə gümüş nişanla bitirib...

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Əmrə əsasən, ölkə üzrə 183 məzun qızıl, 39 məzun isə gümüş nişana layiq görülüb. Təltif olunan təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Siyahıya əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 36-sı qızıl, 14-ü gümüş nişana layiq görülüb. Belə ki, paytaxt üzrə 5, 31, 42, 44, 60, 93, 104, 117 (2 nəfər), 182, 189-190 (2 nəfər), 212, 247 (2 nəfər), 269, 276, 281 (2 nəfər), 313 nömrəli tam orta məktəblərin, 287 nömrəli “Zəkalar” (3 nəfər), 72, 220, 246, 252 (2 nəfər) nömrəli məktəb-liseylərin, ”Ankara məktəbi” məktəb-liseyin, “Tərəqqi” texniki-humanitar liseyin (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin (4 nəfər), Məktəb-Lisey Kompleksinin şagirdləri qızıl, 1, 36, 60, 100, 114, 244, 295, 314 nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin, ”Ankara məktəbi” məktəb-liseyin, Məktəb-Lisey Kompleksinin, Humanitar fənlər təmayüllü məktəb-liseyin (2 nəfər), Texniki-humanitar liseyin şagirdləri isə gümüş nişanla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar