Almaniyanın xarici işlər naziri Annalena Barbokun Ukraynaya dəstəyi dəstək Şərqi Almaniyada keçiriləcək yerli seçkilərdə Yaşıllar Partiyasının məğlubiyyətinə səbəb ola bilər...
Poliqon xəbər verir ki, bu barədə Avstriyanın “EXXpress” qəzeti yazır.
Nəşr qeyd edib ki, almanlar Ukraynaya silah tədarükü ilə bağlı Rusiya ilə potensial münaqişədən getdikcə daha çox narahatdırlar.
“Yaşıllar Partiyasının liderləri xalqın fikrinə zidd hərəkət edir. Bu tezliklə Berbok üçün faciəvi nəticələrə çevrilə bilər”, deyə nəşr yazır.
“EXXpress” qəzeti qeyd edib ki, ölkənin şərqində yaşayan sakinlər əsasən Ukraynaya olan dəstəyi tənqid edirlər. Çox güman ki, onlar Ukraynadakı münaqişənin diplomatik yolla həllini müdafiə edən siyasətçiləri dəstəkləyəcəklər.
Qeyd edək ki, Türingiya və Saksoniya federal əyalətlərinin yerli parlamentlərinə seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Brandenburq Landtaqına seçkilər sentyabrın 22-də keçiriləcək.
Poliqon.info