Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm Şahbazov üçün atalar üçdən deyib? – Adı ikinci qətl hadisəsində keçir...

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun adı növbəti cinayət əməlində - qətl hadisəsində hallanır...

Belə ki, dünən gecə Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 nəfər polis əməkdaşını və bir nəfər mülki vətəndaşı qətlə yetirən əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun R.Şahbazovla əlaqəsi haqda mediada yazılıb. Daha doğrusu, AFN.az-ın aprel ayında Bakı sakini Dadaşov Abbas Eldar oğlunun şikayəti əsasında yazdığı “Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - FOTO” sərlövhəli yazıda R.Allahverdiyevin R.Şahbazovun qardaşı Teymur Şahbazovla əlbir olaraq A.Dadaşova külli miqdarda pul “atdığı” bildirilir. Qeyd edilir ki, A.Dadaçov Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Teymur Şahbazova və onunla birgə olan Rövşən Allahverdiyevə deyib. Onlar da ona bildiriblər ki, Əmlak Məsələləri Dövlət Xidmətində tanıdıqları var və bu işi çox asanlıqla həll edə bilər. Daha sonra həmin adamla danışdıqlarını deyərək ondan əvvəlcə 180 min manat alıblar: “Mən onlardan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdilər ki, Teymurun qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedilər ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Onlara inandım və ona hissə-hissə 236000 manat pul verdim”.
Sonradan aldadıldığını başa düşən sahibkar hüquq-mühafizə orqanlarına müraciət edib. R.Allahverdiyevin haqqında Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb, o axtarışa verilib. Bir müddət Türkiyədə yaşayan R.Allahverdiyev yaxın günlərdə ölkəyə dönüb. Onun ölkədə olduğunu bilən polis əməkdaşları bağ evində saxlamağa çalışarkən məlum hadisə baş verib.

Qeyd etdiyimiz kimi, bu, R.Şahbazovun adının hallandığı ilk qətl hadisəsi deyil. AFN.az xatırladır ki, bundan əvvəl də rəis müavininin ismi 12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə işində keçib. Məhkəmə istintaqı zamanı məlum olub ki, qətlin sifarişçisi olduğu iddia edilən Firudin Məmmədov hadisə gecəsi Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla 17 dəfə telefonla danışıb. O da məlum olub ki, zərərçəkmişin Şahbazovla əlaqəsi olub, sonradan isə münasibətləri korlanıb. Məhkəmə prosesində Ə.Salahovun vəkili Orxan Cəfərbəyli bu məqamları qeyd qətlin sifarişçisinin Firudin yox, Rüstəm Şahbazov ola biləcəyi ehtimalını vurğulayıb. “Məlum olduğu kimi, Firudin hadisədən elə 3 gün sonra bilinməyən səbəbdən intihar edib. Bu intihar da hamıya maraqlı qalıb. Bu məsələlər də qaranlıq qaldı” – deyə vəkil qeyd edib.
R.Şahbazovun adı xeyli sayda əmlak qalmaqalında da keçir. Müxtəlif şikayətçilər onun tərəfindən qeyri-qanuni olaraq əmlaklarının – torpaqlarının, bağ sahələrinin əllərindən alındığını bildirirlər. Onun adı yüksək məbləğdə zərər vurmaqla dələduzluqda hallanan qardaşı Teymur Şahbazovun isə Rusiyada yaşadığı bildirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar