İsrail qüvvələri Suriyada silah yerlərini, təchizat yollarını və yüksək rütbəli yaraqlıları hədəfə alan gizli əməliyyatlarını artırıblar...
Poliqon xəbər verir ki, bu barədə yeddi regional rəsmi və diplomata istinadən bu məlumatı Reuters Agentliyi məlumat verib.
Nəşrin mənbələrinin məlumatına görə, iyunun 2-də İsrail Hələb yaxınlığındakı gizli istehkamlı silah obyektinə hücum edib. Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusunun hərbi müşaviri də daxil olmaqla 18 nəfər həlak olub.
May ayında daha bir zərbə ilə raket hissələrini daşıyan Livana gedən yük maşınlarından ibarət karvanı məhv edilib.
Reuters-in mənbələri hesab edirlər ki, İsrailin hərəkətləri onun Suriya ilə həmsərhəd Livanda “Hizbullah”a qarşı genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir. İsrail tərəfi Qəzza zolağında HƏMAS-ın məhv edilməsini başa vurduqdan dərhal sonra bu kampaniyaya keçə bilər.
Qeyd edək ki, iyunun 5-də İsrailin baş naziri İsrail ordusunun şimalda “çox intensiv hərəkətlərə” hazır olduğunu bildirib. İyunun 6-da Qərb mediası öz mənbələrinə istinadən İsrail-Livan sərhədində gərginliyin artdığını qeyd edib.
Poliqon.info